Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək
19
sen
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Prisi 2026" ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bİldirilib ki, qeyd edilən tarixlərdə sürücülər xüsusilə diqqətli olmalıdırlar. Nəqliyyat vasitələrini park edərkən ərazilərdəki parklanma nişanlarına mütləq qaydada diqqət yetirməlidirlər. Məhdudiyyət tətbiq olunan yerlərdə saxlamasınlar.
Oxşar xəbərlər
Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB
Sumqayıtda bir qrup təmizlik işçisi maaşlarını ala bilmədiyi üçün narazılıq edir. BAKU.WS xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb. Məl...