Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"Bu zəngin irsin qorunması və ölkəmizin enerji imkanlarının genişləndirilməsində neftçilərimizin peşəkarlığı və fədakarlığı xüsusi əhəmiyyət daşıyır", - o qabardıb.
M. Cabbarov Azərbaycanın neftçilərini peşə bayramı münasibətilə təbrik edib:
"Bütün neftçilərimizi peşə bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq".
#Neft sənayesi #Azərbaycan-ın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb. Bu zəngin irsin qorunması və ölkəmizin enerji imkanlarının genişləndirilməsində neftçilərimizin peşəkarlığı və fədakarlığı xüsusi əhəmiyyət daşıyır.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2026
Bütün neftçilərimizi #peşəbayramı münasibətilə təbrik… pic.twitter.com/MKcPizPpaL
Xatırladaq ki, 32 il öncə - 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycanın gələcəyini müəyyənləşdirən, ölkəni dünya enerji xəritəsində aparıcı oyunçulardan birinə çevirən "Əsrin müqaviləsi" imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix - 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
Oxşar xəbərlər
Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdr...