DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Koroğlu parkı ətrafında aparılan təmir işləri ilə əlaqədar 5 avtobus xəttinin hərəkət sxemində dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, təmir işləri ilə əlaqədar 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.
Belə ki, qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.
Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.
Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...