EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib
Bu il iyulun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 888 milyon avro dəyərində qiymətləndirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, portfelin 41 %-i özəl sektorun payına düşür.
Hazırda Azərbaycanda EBRD-nin 35 layihəsi aktivdir.
İyunun 30-u ilə müqayisədə portfel 0,45 % və yaxud 4 milyon avro azalıb.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi - 89 %-i və yaxud 794 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 7 %-i və yaxud 64 milyon avrosu maliyyə institutlarına, 3 %-i və yaxud 30 milyon avrosu isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,728 milyard avro investisiya yatırıb.
Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri iyulun 31-nə 715 milyon avro təşkil edib. Bu iyunun 30 ilə müqayisədə 0,83 % və yaxud 6 milyon avro azdır.
Xatırladaq ki, 2025-ci ildə bank Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları və ya 0,87 % azalaraq 121,08 ABŞ dolları təşkil edib. BAKU.WS xəb...