Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı

Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı
Şou-biznes 63

Türkiyənin İstanbul şəhərində məşhur simalara qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib.

BAKU.WS xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində aralarında tanınmış aktyorlar, müğənnilərin də yer aldığı çox sayda şəxs saxlanılıb.

Haqqında saxlanılma qərarı çıxarılan şəxslərin siyahısı belədir: Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten, Hazal Filiz Küçükköse, Yeliz Yeşilçimen, həmçinin repçi Sefo (Seyfullah Sağır) yer alıb.

Siyahıda futbolçu Hasan Şaş, eləcə də Hande Demir, Anıl Durmuş, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzəlcik, Sezer Çakır və Sayat Zurnacı da var.

Qeyd edək ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrlə mübarizə tədbirləri çərçivəsində araşdırma aparılıb.

Təhqiqat zamanı adıçəkilən aktyor, müğənni, iş adamı və sosial şəbəkə fenomenlərinin narkotik maddələrdən istifadə etməsinə, istifadəni asanlaşdırmasına və ya buna şərait yaratmasına dair əsaslı şübhələr doğuran sübutlar əldə olunub.

Bu əsasla 18 sentyabr 2026-cı il tarixində İstanbul İl Jandarma Komandanlığına 18 şübhəli şəxs barəsində saxlanılma, axtarış, bioloji müayinə və ifadənin alınması ilə bağlı tapşırıq verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər