Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu

Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu
Şou-biznes 83

ABŞ-də həbs edilən qadın, məşhur müğənni Cennifer Lopezə həddindən artıq bənzərliyi ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, Minnesota ştatında baş verən insidentdən sonra saxlanılan qadının polis şöbəsində çəkilən fotosu müzakirələr yaradıb.

Sayren Enn Kvast avqustun 30-da Montiçello şəhərində mağazaların birindən soyğunçuluq etməkdə şübhəli bilinərək həbs edilib.

Qadının tikinti alətləri üçün nəzərdə tutulmuş, ümumi dəyəri 580 dollar olan iki ədəd xüsusi akkumulyator qutusunu ödəniş etmədən aparmağa cəhd göstərdiyi bildirilir.

Obyekt əməkdaşlarının iddialarına görə, bu, Kvastın sözügedən məkanda ilk əməli olmayıb; o, bir neçə gün öncə də analoji oğurluq faktı ilə yadda qalıb.

Saxlanıldıqdan dərhal sonra təcridxanaya yerləşdirilən Kvastın məhz fotosu sosial mediada sürətlə trendə çevrilib.

İzləyicilər onun ulduz müğənni ilə inanılmaz oxşarlığını təəccüblə qarşılayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər