"Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var

Şamaxinkada qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var
Video
Hadisə 53

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, sözügedən hadisə sentyabrın 18-də, saat 01:50- də baş verib.

"Firudin İlqar oğlu Quliyevin idarə etdiyi "Lada Granta" markalı, 77-YZ-947 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və onu yol kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişini Mehman Ceyhun oğlu Əhmədov xəsarət alıblar, avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.

*** 09:15

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində gecə saatlarında qeydə alınıb.

Hadisə ilə bağlı videogörüntü yayılıb. Görüntülərdən qəza nəticəsində avtomobillərdən birinin ciddi şəkildə zədələnərək yararsız hala düşdüyü görünür. Həmçinin yol təsərrüfatına da ciddi ziyan dəydiyi müşahidə olunur.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ölən və ya xəsarət alanların olub-olmaması barədə də məlumat yoxdur.

Hadisənin təfərrüatı, eləcə də qəzanın səbəbləri ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər