Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və energetika naziri Şerzod Xocayev ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlərin "Əbədi dostluq" səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin "Üstyurt" investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Görüşdə SOCAR-la Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək
Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında...