Bakı Limanında 8 ayda 5,5 milyon tondan çox yük aşırılıb
2026-cı ilin yanvar-avqust aylarında Bakı Limanında 5,5 milyon tondan artıq yük aşırılıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz artıb.
Hesabat dövründə limanda konteyner daşımalarında da ciddi artım qeydə alınıb. Belə ki, 8 ay ərzində 85 mindən çox TEU konteyner aşırılıb. Bu, 2025-ci ilin eyni dövründəki 69 855 TEU göstəricisindən 22 faiz çoxdur.
Təkcə 2026-cı ilin avqust ayında Bakı Limanında 12,9 min TEU konteyner emal edilib. Bu göstərici ötən ilin avqustu ilə müqayisədə 39 faiz artıb.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Milli iqtisadiyyatın mürəkkəbliyini artırmaq istəyirik"
Azərbaycan hökumətinin əsas hədəfi və ambisiyası milli iqtisadiyyatının mürəkkəbliyinin artırılmasıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadi...