Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi
Hadisə 73

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib.

BAKU.WS oxu.Az-a istinadən xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"da canlı yayımına qoşulub.

Vaşinqtonda yerləşən məscidə daxil olan "Adil Black" "Kolyaka"nın təklifi ilə məbəddə ibadət edənlərə məhəl qoymadan söyüşlər, nalayiq ifadələr işlədib.

Maraqlı məqamlardan biri də canlı yayıma onlarla yanaşı, "Niko AAC" ləqəbli başqa bir tiktokerin qoşulmasıdır. Onun milliyyəti bəlli olmasa da, adının əvvəlinə erməni bayrağı qoşur.

Xatırladaq ki, Adil Əmrahlı 1990-cı il təvəllüdlüdür, Rusiya Federasiyasının vətəndaşı olub. O, 2022-ci ildə Azərbaycanı tərk edərək ABŞ-yə köçüb. Bu ilin fevralında Azərbaycan Prezidenti Vaşinqtonda səfərdə olarkən təxribata əl atanlardan və buna görə layiqli cəzasını alanlardan biridir.

Xaricdə yaşayan bəzi azərbaycanlıların sosial şəbəkə yayımlarında çıxışları ilə gündəmə gələn A.Əmrahlı səbatsızlığı ilə seçilir. O, gah ateist olur, gah da "dinə gəlir". Ancaq bir şeyi unudur ki, heç bir ateistə insanların inanclarını təhqir etmək kimi bir səlahiyyət verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər