Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!" - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində qəribə olay yaşanıb.
BAKU.WS xəbər verir ki, avtobus sürücülərdindən biri sərnişinləri nəqliyyat vasitəsindən düşürtməyə çalışıb.
Bu barədə bloger Saleh Nəsirov sosial şəbəkə hesabında video paylaşıb.
Sözügedən hadisə ötən gün saat 12:50 radələrində "79" saylı avtobusda yaşanıb.
Qeyd edilib ki, 20 Yanvar ərazisində marketlə üzbəüz yolda, "79" saylı avtobusun sürücüsü sərnişinləri nəqliyyat vasitəsindən düşürməyə çalışıb.
Sərnişinlər yaranmış vəziyyətə etiraz etdikdə isə sürücü "Hara yığırsan, yığ!" - deyə onlara cavab verib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbədəki 337...