Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var
Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən yük avtomobilinə çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü
Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil...