"Embawood"dan müştərisinə absurd cavab: "Güzgünüz istehsal prosesindədir"
Alıcı "Embawood" mebel şirkətindən narazıdır.
Bu barədə şikayətçi Elza İsrayılova BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Onun sözlərinə görə, 2 ay əvvəl "Embawood"dan daxili kreditlə aldığı mebel ona tam şəkildə çatdırılmır.
"2 ay əvvəl kreditlə 1924 manatlıq mebel aldım. 2 aydır kreditini ödəyirəm amma hələ də mebelin güzgüsü mənə çatdırılmayıb. Hər dəfə zəng edəndə Pərvanə adlı işçi məni yola verməyə çalışırdı. 2 aydır bir güzgünü tapıb mənə çatdıra bilməyiblər", - deyə şikayətçi vurğulayıb.
Sözügedən halla bağlı sözügedən filialla əlaqə saxladıq. Telefona cavab verən xanım əməkdaş hadisəni təsdiqlədi:
"Həmin xanımın mebelinin güzgüsü qırıq idi, hazırda yeni güzgünün istehsal prosesi gedir", - deyə əməkdaş cavabında bildirib.
Güzgünün istehsal prosesinin nə vaxt bitəcəyi və məhsulun müştəriyə tam şəkildə nə vaxt çatdırılacağı haqqında isə sualımıza mağazadan cavab verməyiblər.
Oxşar xəbərlər
Azərbaycanda ictimai birliyin sədri və məsul əməkdaşı həbs edildilər
"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyini...