Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub
24
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, sürüşmə nəticəsində kənd ərazisindən keçən diametri 219 mm olan magistral su borusu zədələnib. Nəticədə 1 100 abonentin içməli su təchizatı müvəqqəti dayandırılıb.
Hadisə ilə əlaqədar əraziyə Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.
Qurumun əməkdaşları tərəfindən qəza operativ şəkildə aradan qaldırılıb və abonentlərin içməli su təchizatı bərpa edilib.
Qalereya
Oxşar xəbərlər
28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmi faciəsi ilə bağlı yeni detallar üzə çıxıb. BAKU.WS Türkiyə mətbuatına i...