Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda metro üçün şaxta qazıntısı zamanı binalardan birinin boşaldıldığı iddia edilib.
Bu barədə yerli sakin BAKU.WS-in "qaynar xətti"nə şikayət edərək bildirib.
Onun sözlərinə görə, söhbət Süleyman Rəhimov 116 ünvanından gedir. Vətəndaş iddia edib ki, şaxta qazıntısı səbəbilə binada çatlar da yaranıb.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, binanın boşaldılması ilə bağlı iddia həqiqəti əks etdirmir.
"Ərazidə Bakı metropoliteninin şaxtası inşa edilir. Geoloji xüsusiyyətlər tam öyrənilərək, ətraf bina, tikili və qurğuların, həmçinin inşaatın təhlükəsizliyi təmin edilməklə qazıntı işləri aparılır. Sakinlərin binalardan çıxarılması ilə bağlı məlumat yanlışdır. Hazırda inşaat işləri təhükəsizlik və nəzarət tədbirləri təmin edilməklə aparılır".
Banu Hüseynli
Oxşar xəbərlər
Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ
Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişin...