Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib
Qazaxda sakinlər sahibsiz itlərin əlindən təngə gəldiklərini bildirirlər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmayıb.
Sakinlərin sözlərinə görə, itlər yalnız gecə saatlarında deyil, gündüz vaxtı da sürü ilə gəzərək təhlükə yaradırlar.
Məlumata görə, 75 yaşlı qadın günorta saatlarında küçədə sahibsiz itin hücumuna məruz qalıb.
Hücum nəticəsində xəsarət alan Validə Nəsibova baş verənlər haqqında danışıb.
"Aidiyyəti quruma dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülmür. Bütün gecə hürürlər, uşaqlar küçəyə çıxa bilmirlər. Mənə də hücum etdilər. Ayağım bərk şişmişdi, qaralmışdı. İndi beş dəfə quduzluq əleyhinə iynə vurdurmalıyam. Hətta kürəkənim bir neçə iti taksi ilə aparıb uzaq ərazilərə buraxıb. Bir it hürən kimi digərləri də toplanıb adamın üstünə cumur", - o söyləyib.
Oxşar xəbərlər
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəs...