Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var?
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda yeni turizm məkanı - "Nəsimi Bağları" kompleksi istifadəyə verilib.
Kompleks bir sıra özünəməxsus xüsusiyyətləri ilə seçilir. Burada yaradılan "Capybara Land" ziyarətçilərin xüsusilə marağına səbəb olan məkanlardan biridir. Vətəndaşlar burada kapibaraları yaxından görə, həmçinin onları yemləyə bilərlər.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Kompleksin ərazisində müxtəlif restoran və kafelər, hotellər, hovuz və digər istirahət məkanları da fəaliyyət göstərir.
"Nəsimi Bağları"nda 100-dən artıq incəsənət əsəri nümayiş etdirilir. Onların arasında ən diqqətçəkən nümunələrdən biri böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 21 metr hündürlüyündə müasir üslubda hazırlanmış abidəsidir.
Oxşar xəbərlər
Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir
Bakıda piyadaların, xüsusilə azyaşlı uşağı olan valideynlərin və əlilliyi olan şəxslərin şəhərdə hərəkəti zamanı ciddi çətinliklər yaranır. BAKU.WS xəbər verir...