Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19
sen
2026
20:36
Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.
Oxşar xəbərlər
Şahməddin Abdullayevə vəzifə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub. BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər...