Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Saziş ölkəmizin enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verdi", - o bildirib.
M. Cabbarov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb:
"Bu tarixi qərarın müəllifi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilir".
20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir #iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu. Saziş ölkəmizin #enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verdi.… pic.twitter.com/n1J5vkQeDW
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2026
Oxşar xəbərlər
Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdr...