"Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir

Bəy Mamed hasarladığı həyəti istirahət parkına çevirir
Foto
Sosial 19

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17-də yerləşən "Ulubəy" MTK inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin hasarlanan həyətinin parka çevrilməsinə qərar verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, yüzlərlə ailənin yaşadığı kompleksin həyətində hasarlanmış ərazidə tezliklə "Zəfər parkı"nın istifadəyə veriləcəyi barədə elanlar yerləşdirilib.

Bildirilib ki, MTK-nın sahibi, "Bəy Mamed" adı ilə tanınan iş adamı Məmməd İsmayılov ərazini özününküləşdirmək fikrindən daşınaraq oranın sakinlərin istifadəsinə qaytarılmasına qərar verib.

Vətəndaşlar bildiriblər ki, hazırda həyətin hasarları olduğu kimi qalır. Bu isə sakinlərin rahat gediş-gəlişini pozmaqla yanaşı, uşaq arabalarının, velosipedlərin hərəkətinə də mane olur.

Bundan başqa, binanın 1-ci mərtəbəsində yerləşən "Mavi dəniz" restoranından yüksələn səs-küyün 3-4 gün kəsildiyi, lakin sonradan bərpa edildiyi, liftlərin quraşdırılmaması, su çəninin təmizlənməməsi, əhaliyə aid ərazinin şlaqbaumla məhdudlaşdırılması, restoranın havalandırma sistemindən xoşagəlməz qoxunun yayılması və digər problemlərin hələ də qaldığı vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər