AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib

AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib
Foto
Sosial 27

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi "Regionlarda kibertəhlükəsizlik məsələri" layihəsi üzrə pilot sorğu keçirib.

BAKU.WS AKTA-ya istinadən xəbər verir ki, sorğu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə baş tutub.

Sorğunun nəticələrinə əsasən respondentlərin yalnız 45 %-i şübhəli zəng və ya mesaj zamanı hara müraciət etməli olduğunu bilir.

Pilot qiymətləndirmə 4 ərazidə, 730 respondent arasında aparılıb.

Bildirilib ki, ümumi hazırlıq indeksi 69 %, orta bal 12,42 (maksimal 18) təşkil edib. Xəzər (Bakı) regionu üzrə göstərici 74 %-ə, Mingəçevir – 73 %-ə, Saatlı – 65,5 %-ə, İmişli – 62 %-ə bərabər olub. Beləliklə regionlar üzrə fərq 12 % bəndi təşkil edib.

İkili autentifikasiya üzrə düzgün cavab indeksi 21,7 %, ümumi aşağı hazırlıq səviyyəsi 21,4 %, region üzrə ən yüksək aşağı hazırlıq payı 33,6 % (bəzi regionlarda 40%-ə yaxın) olub.

İnternetdən heç istifadə etməyənlər üzrə indeks 49 %, 60+ yaş qrupu üzrə indeks 42 % səviyyəsində qərarlaşıb.

Maarifləndirmə kanalları üzrə telefonla izah indeksi 36,8 %, televiziya – 21,5 %, bank/xidmət əməkdaşı – 16,7 % təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər