"Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi"

Şamaxinkada izdiham: Dünən bundan da betər idi
Video
Hadisə 40

Paytaxtın "Şamaxinka" adlanan ərazisində səhər saatlarında həm nəqliyyatın, həm də sərnişinlərin hərəkətində ciddi sıxlıq müşahidə olunur.

Sərnişinlərin Baku TV-yə bildirdiklərinə görə, bəzi avtobuslara, xüsusilə 67 nömrəli marşruta minmək çətinləşib.

Vətəndaşlar bildirirlər ki, avtobuslar dolu gəldiyi üçün dayanacaqlarda uzun müddət gözləməli olurlar. Bəzi sərnişinlər yarım saat, hətta bir saata yaxın avtobus gözlədiklərini deyirlər.

Sərnişinlər qeyd edirlər ki, məktəblərin açılması ilə vəziyyət daha da ağırlaşıb. Bu səbəbdən insanlar işə və məktəbə gecikir, axşam saatlarında isə evə qayıtmaqda çətinlik çəkirlər.

"Bu gün hələ vəziyyət yaxşıdır. Dünən bundan betər idi, sıxlıqdan tərpənmək olmurdu. Məktəb açılandan lap pis haldayıq", - deyə sərnişin narazılığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər