Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeor...