Nizami rayonunda kanalizasiya problemi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda kanalizasiya xəttinin tutulması səbəbindən küçədə xoşagəlməz mənzərə yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, Özbəkistan küçəsində kanalizasiya suyunun küçəyə axması nəticəsində ərazi çirkab su içində qalıb.
Hadisə ərazidə hərəkət edən piyadalar və sürücülər üçün də narahatlıq yaradıb. Küçəyə yayılan çirkab su həm antisanitar vəziyyətə səbəb olub, həm də hərəkəti çətinləşdirib.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, artıq həmin ərazidəki problem aradan qaldırılıb.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı
Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki,...