İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib
Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyada paytaxtı Seul şəhərində keçirilən Asiya və Sakit okean regionu ölkələri Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib.
Bu barədə BAKU.WS-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, konfrans çərçivəsində məhkəmə hakimiyyətinin rolu, məhkəmə və hüquq sahəsində süni intellektdən istifadə, hakimlərin təlim və təhsilinin müasir çağırışlara uyğunlaşdırılması, məhkəmələrə ictimai etimadın gücləndirilməsi, media ilə əlaqələr, məhkəmə müstəqilliyinin qorunması, arbitrajın inkişafı və digər aktual məsələlər müzakirə olunub.
İnam Kərimov "Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar" mövzusunda keçirilən müzakirə sessiyasında məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı barədə konfrans iştirakçılarına məlumat verilib.
Həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın məhkəmə sisteminin qarşısında duran müasir çağırışların həllində beynəlxalq əməkdaşlığın mühüm rolu diqqətə çatdırılıb.
Sessiyada müxtəlif ölkələrin məhkəmə sistemlərinin təcrübəsi, məhkəmə hakimiyyətinin müasir cəmiyyətdə rolu və qarşıda duran çağırışlar müzakirə olunub.
Səfər çərçivəsində İnam Kərimov Koreya Respublikası Ali Məhkəməsinin sədri Jo Hee-de, Latviyanın Ali Məhkəməsinin sədri Aigars Strupis, Çex Respublikası Ali Məhkəməsinin sədri Petr Angyalossy və Türkiyənin Ali Məhkəməsinin sədri Ömer Kerkez ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, məhkəmə sistemlərinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasını...