Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər
Foto
Sosial 22

Azərbaycanda son beş ildə psixi pozuntular və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayında artım qeydə alınıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, son beş ildə psixi pozuntular və davranış pozuntuları ilə bağlı 2010-cu ildə 11 201, 2015-ci ildə 7 764, 2020-ci ildə 12 334, 2024-cü ildə 24 228, 2025-ci ildə isə 18 602 nəfərə diaqnoz qoyulub.

Statistikaya əsasən, psixi pozuntular və davranış pozuntuları ilə bağlı ölüm halları 2010-cu ildə 35 nəfər təşkil edib. Sonrakı illərdə isə bu səbəbdən ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər

Sinir sistemi xəstəlikləri ilə bağlı diaqnoz qoyulan şəxslərin sayı isə 2010-cu ildə 53 815, 2015-ci ildə 72 961, 2020-ci ildə 162 126, 2024-cü ildə 89 370, 2025-ci ildə isə 105 758 nəfər olub.

Sinir sistemi xəstəliklərindən ölənlərin sayı 2010-cu ildə 789, 2015-ci ildə 1 047, 2020-ci ildə 740, 2024-cü ildə 2 286, 2025-ci ildə isə 2 193 nəfər təşkil edib.

Qeyd edək ki, xəstəliklərə dair cədvəllərdə məlumatlar Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı (XBT-10) əsasında təqdim edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər