Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi
Yeniliklərdən dərhal xəbərdar olun
234 nömrəli uşaq bağçasında əsaslı təmir işləri aparılmasının zəruriliyi ilə əlaqədar bağçanın fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, uşaqların yaxın ətrafdakı bağçalara yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır.
"Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir", - deyə məlumatda vurğulanıb.
***2026-09-22 saat 10:31
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 234 nömrəli uşaq bağçası fəaliyyətini dayandırıb.
BAKU.WS-ə daxil olan məlumata görə, T.Yaqubov küçəsi 4 ünvanında yerləşən bağçada uşaqların qəbulu dayandırılıb.
İddiaya əsasən, sentyabrın 21-də valideynlərə bildirilib ki, sentyabrın 22-dən etibarən uşaqları bağçaya gətirməsinlər.
Qərarın hansı səbəbdən verildiyi, bağçanın müvəqqəti, yoxsa tamamilə bağlanmasının nəzərdə tutulduğu barədə valideynlərə ətraflı məlumat verilməyib.
Oxşar xəbərlər
"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub
Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub. Bu barədə BAKU.WS-ə "Azərbaycan Xəzər Dəniz...