Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"
44 günlük Vətən müharibəsi zamanı ağır yaralandığı bildirilən Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Hüseynovun əlillik təyinatının yenilənməməsi ilə bağlı iddiaya TƏBİB-dən münasibət bildirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, vətəndaşın tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyinatı üçün müəyyən edilmiş meyarlara uyğun deyil.
Qeyd olunub ki, Raqil Hüseynovun tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" əsasında qiymətləndirilib.
"Tibbi sənədlərdə qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyinatına uyğun olmadığına görə Həkim Məsləhət Komissiyası tərəfindən "Əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktı" tərtib edilərək təqdim olunub", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi
Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 234 nömrəli uşaq bağçası fəaliyyətini dayandırıb. BAKU.WS-ə daxil olan məlumata görə, T.Yaqubov küçə...