21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam"
Oğuz rayonunun Xalxal kəndində dünyaya gələn Kənan Ağayev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Kənan Ağayev antiterror tədbirləri zamanı şəhid olub.
Yaxınlarının sözlərinə görə, Kənan Ağayev Vətən torpağını bütün dəyərlərdən üstün tutub. Arzuları onu şəhidlik zirvəsinə ucaldıb.
"Bu gün mənim üçün həm qürurludur, həm də kədərli. Kədərlidir ki, Kənan kimi oğlumuzu itirdik. Qürur da duyuram ki, onun kimi igidin anasıyam. Çox arzuları var idi. Hamısı öz ürəyində getdi. Kənanım Vətəni seçdi", - şəhidin anası Raminə Ağayeva deyib.
"Onlara heç nə olmayıb. Ölən biz valideynlərik. Həmişə deyərdi ki, ata, bu torpaqları siz ala bilmədiniz, biz alacağıq. Həqiqətən də getdilər, suverenliyimizi bərpa etdilər", - şəhidin atası Vahid Ağayev bildirib.
Oxşar xəbərlər
"İstədiyim qədər pul versələr də, buna "yox" demərəm"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist və səyyah Azər Qərib olub. Azər Qərib özünü daha çox jurnalist kimi təqdim etdiyini, səyah...