"Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib
"Barselona"nın sabiq futbolçusu və baş məşqçisi Karles Reşak hakimlərin tarixən "Real Madrid"ə daha çox üstünlük verdiyini iddia edib.
BAKU.WS xəbər verir ki, Reşak bu barədə İspaniyanın "2Cat" radiosunda yayımlanan "El cafe d"idees" proqramında danışıb.
"Tarix boyu təkcə İspaniyada deyil, Avropada da hakimlərin ən çox rəğbət göstərdiyi komanda "Real" olub. Mən oynadığım dövrdə biz daim uduzurduq.
Əvvəllər VAR sistemini çox dəstəkləyirdim. Çünki top qapı xəttini keçməyibsə, qolu hesablamaq olmaz. Lakin əvvəllər belə qərarı dəyişmək mümkün deyildi. Düşünürdüm ki, VAR bu baxımdan üstünlük yaradacaq.
Amma əvvəllər hakimlər və yan hakimlərlə bağlı problemlər var idisə, indi həmin problemlərə VAR rəsmiləri də əlavə olunub. Böyük irəliləyiş əldə etməmişik, vəziyyət əvvəlki kimidir", - deyə Reşak bildirib.
Qeyd edək ki, bundan əvvəl La Liqanın prezidenti "Real Madrid"in "Atletiko" ilə oyunda hakimliklə bağlı tənqidlərinə münasibət bildirmişdi.
Oxşar xəbərlər
"Formula-1"lə bağlı mühüm dəyişikliklər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. B...