Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
22
sen
2026
08:23
Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ. Seyidov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək talama əməlini törədib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR
Göygöl rayonunun Üçtəpə kəndində 38 yaşlı qadının qətli ilə bağlı yeni təfərrüat ortaya çıxıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Mehriban...