Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı

Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı
Foto
Sosial 149

Saat 07:50-də Sumqayıt-Pirşağı-Bakı xətti ilə hərəkət etməli olan qatarda texniki nasazlıq yarandığına görə həmin reys ləğv edilib, sərnişinlər digər reysə yönləndirilib.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

QSC-dən həmçinin qeyd edilib ki, nasazlıq aradan qaldırıldıqdan sonra saat 09:02-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində əlavə reys təyin olunub.

***08:42

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, 07:40-da Sumqayıtdan Bakıya yola düşməli olan qatar bir saat müddət keçməsinə baxmayaraq Sumqayıt stansiyasına gəlməyib.

Sərnişinlərin bildirdiyinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin "qaynar xətti"nə müraciət olunsa da, qatarın gecikmə səbəbi barədə məlumat verilməyib.

Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər