"Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı
Sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub.
BAKU.WS-in məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində quzu satışına aid elanlar yerləşdirib. O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib.
Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
Lənkəranda üç gün əvvəl döyülən 16 yaşlı yeniyetmə xəstəxanada ölüb. BAKU.WS xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb. Belə ki, tanışları...