Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.
Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80-ə yaxın şəxs qan verib.
Lakin cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, NDU-nun (Naxçıvan Dövlət Universiteti) ilk Stomatologiya ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub
Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutulub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü E.Qurbanova və E.İbrahimova bıçaqla xəsarət yetirən ş...