Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
Lənkəranda üç gün əvvəl döyülən 16 yaşlı yeniyetmə xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Cənub bürosu məlumat yayıb.
Belə ki, tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülərək başından xəsarət alan Kərgəlan kənd sakini Emil İbadov kəllədaxili travma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.
Ancaq həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. O, sentyabrın 21-də xəstəxanada həyatını itirib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə İ.B isə bir gün sonra saxlanılıb.
Oxşar xəbərlər
"Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı
Sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra ş...