Supermodelin 27 yaşlı oğlu vəfat etdi

Supermodelin 27 yaşlı oğlu vəfat etdi
Foto
Şou-biznes 65

Supermodel Sindi Kroufordun 27 yaşlı oğlu Presli Gerber 27 yaşında bəfat edib.

BAKU.WS xəbər verir ki, onun övladı sentyabrın 20-də müalicə aldığı reabilitasiya mərkəzində həyatını itirib.

Los-Anceles dairəsi Tibbi Ekspertiza İdarəsindən verilən məlumata əsasən, gəncin dəqiq ölüm səbəbi tibbi ekspertizanın və yarılma prosesinin yekunlaşmasından sonra bəlli olacaq.

Krouford ailəsinin mətbuat xidməti bu xəbəri təsdiqləyib.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Presli Gerber gənc yaşlarından valideynlərinin izi ilə gedərək modellik karyerasına qədəm qoymuşdu.

O, "Calvin Klein", "Dolce & Gabbana" kimi dünya şöhrətli brendlərlə əməkdaşlıq edərək iri layihələrdə yer almışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər