Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur"

Mbappe Dembele ilə münasibətlərindən danışdı: Heç bir problem yoxdur
Video
Hadisə 96

Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe komanda yoldaşı Usman Dembele ilə arasında gərginlik olması barədə yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Mbappenin "Qızıl top"la bağlı açıqlamalarından sonra onunla Dembele arasında fikir ayrılığı yarandığı iddia olunurdu.

Daha əvvəl Mbappe Dembele barədə danışarkən onun hər zaman istedadlı futbolçu hesab edildiyini, özünün isə "seçilmiş" kimi qəbul olunduğunu bildirmişdi.

Bundan sonra "PSJ"nin hücumçusu Dembele belə açıqlama vermişdi:

"Bütün karyeram ərzində bir söz belə deməmişəm, sadəcə çox çalışmışam. Artıq dediyim kimi, mən heç vaxt seçilmiş olmamışam, sadəcə çox çalışmışam".

Mbappe isə Dembele ilə münasibətlərində hər hansı problemin olmadığını vurğulayıb:

"Bu barədə onunla artıq danışmışam. Heç bir gərginlik yoxdur, o, mənim dostumdur. Əslində bununla bağlı heç bir problem yoxdur və mən tamamilə sakitəm.

Millətlər Liqası oyunları və Fransa millisindəki çıxışlarımıza gəldikdə isə, burada həmişə müzakirə üçün bir səbəb tapmaq lazımdır. Düşünürəm ki, bu məsələ də məhz müzakirə mövzusuna çevrildi", - deyə Mbappe bildirib. Onun sözlərini "Actu Foot" yayıb.

Qeyd edək ki, bundan əvvəl Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazu da Mbappe ilə Dembele arasında olduğu iddia edilən münaqişə barədə fikirlərini bölüşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

94 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər