Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY

Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY
Sosial 22

Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərarı təhsil sahəsində uzun zamandır ki, müzakirə edilən və birmənalı qarşılanmayan vacib məsələyə tam aydınlıq gətirmiş oldu.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

O bildirib ki, məktəb mühiti üçün məktəbli forması sadəcə, geyim tərzi yox, həm də tədris intizamının ayrılmaz tərkib hissəsidir:

Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY

Elmin Nuri

"Bu gün dünyanın bir çox yüksək inkişaflı təhsil ölkələrində məktəbli formaları təhsildə vacib faktordur. Məktəb bəlli geyim forması ilə şagirdlərin hər birini eyni intellektual çətir altına yığır, onlara eyni dəyərlərin tərkib hissəsi olma təlqinini aşılayır. Bu səbəbdən də aiddiyatı dövlət qərarını daha çox məhz şagird psixologiyasına müsbət təsir mexanizmi kimi dəyərləndirməliyik. Beynəlxalq Fənn Olimpiadalarında, bir çox vacib yarışlarda şagird komandalarının məhz eyni formada olduqlarını, onları bir-birindən ayıran əsas detalın da məhz forma olduğunu görürük. Vahid forma fərqli-fərqli uşaqların eyni komandaya aid olduğunu göstərir. O cümlədən, bu psixoloji yanaşma məktəb üçün də keçərli olmalıdır. Şagird vahid forma altında öz oxuduğu məktəbi həm də özünün komandası gözündə görə, duya bilir".

Ekspertin sözlərinə görə, məktəbli forması təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətini təşviq edir:

"Məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir: sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması burada əsas göstəricidir. Bu, əslində dünyada çoxdan başlamış, bəzi ölkələrdə isə uzun onilliklərdir ki, tətbiq olunan beynəlxalq trendin bir hissəsidir. Günü-gündən yenilənən, artıq süni intellekt, robot texnologiyası kimi ən müasir metodlarla tam ayaqlaşan təhsil bu vacib ənənəni zaman və məkandan asılı olmayaraq mütləq icra edir".

E.Nurinin fikrincə, vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir:

"Şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər