Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
BAKU.WS xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Xocalının Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə 1 ailə (4 nəfər), Ağdərənin Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağ kəndinə 4 ailə (9 nəfər), Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə (148 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əm...