Deputat: "Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər"

Deputat: Bu zaman Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qura bilər
Rəy Foto
Siyasət 24

Azərbaycan torpaqlarının azad edilməsi üçün Ermənistanla müharibə apardı və Ermənistanı torpaqlarımızdan çəkilməyə məcbur etdi.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə BAKU.WS-ə açıqlamasında bildirib.

Millət vəkili bu prosesin heç də asan olmadığını xüsusi vurğulayıb.

Deputat:

"Bu, heç də asan deyildi. Ermənistan möhkəm istehkamlar qurmuşdu, işğal olunmuş ərazilərdə yerləşdirilmiş qüvvələrə arxalanırdı.

Ancaq Azərbaycan əsgərinin qətiyyəti, cənab Prezidentimizin düşünülmüş daxili və xarici siyasəti sülhü zəruri etdi. Əvvəlcə 44 günlük, sonra isə bir günlük antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Ermənistan hakimiyyətinin isə bunu qəbul etməkdən başqa çıxış yolu qalmadı", - deyə siyasətçi qeyd edib.

Aydın Mirzəzadə həmçinin vurğulayıb ki, əgər bu gün Ermənistanın müəyyən siyasi dairələri Azərbaycanın qələbəsini və Azərbaycanın ərazi bütövlüyünü qəbul edirlərsə, Azərbaycan onlarla işləməyə hazırdır:

"Məhz bu səbəbdən sülh müqaviləsi razılaşdırıldı. İndi Azərbaycan Ermənistandan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan müddəanın çıxarılmasını gözləyir. Bu həyata keçirildikdən sonra Ermənistanla artıq normal qonşuluq münasibətləri qurula bilər".

Son xəbərlər