Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb

Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb
Hadisə 33

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 min manat olan seyf oğurlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.

Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər