Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var"
"Red Bull" komandasının pilotu Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi gözləntilərini bölüşüb və son yarışlarda komandanın irəliləyiş əldə etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, "Madriddə yaxşı nəticə əldə etdik. Komanda bu müsbət dinamikanı qorumaq və Bakıda bolidin potensialından maksimum istifadə etmək üçün çox çalışıb:
"Trasda uzun düzlüklər var. Buna görə burada yaxşı aerodinamik səmərəlilik, eyni zamanda, xüsusilə ikinci sektordakı yavaş döngələrdən keçmək üçün kifayət qədər yerəbasma qüvvəsi lazımdır. Bu, mürəkkəb və texniki baxımdan zəngin şəhər trasıdır. Lakin burada bolid idarə etmək çox maraqlıdır. Son bir neçə yarışda avtomobillə bağlı bir neçə yaxşı addım atmışıq və Bakı ilə bağlı xoş xatirələrimiz var. Həmçinin İsaakın zədəsindən sonra bərpa olunması və bu yarışda sükan arxasına qayıtması da çox yaxşı xəbərdir", - deyə Ferstappen bildirib. Onun sözlərini komandanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, "Red Bull" Bakıdakı şəhər trasında ən çox qələbə qazanan komandadır - 5. Maks Ferstappen və Serxio Peres iki, Daniel Rikkardo isə bir dəfə Azərbaycan Qran-prisinin qalibi olub.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb
"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"u...