"Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib
İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş parlaq poster təqdim edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, poster komandanın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
Rəngarəng ornamentlərlə əhatə olunmuş "Racing Bulls" bolidi kompozisiyanın mərkəzi elementi olub. İşin müəllifi Şennon Marriottdur.
"Bakıya qayıdırıq. Bu həftəki yarış üçün möhtəşəm posterə görə Şennon Marriotta təşəkkür edirik", - komandanın paylaşımında bildirilib.
"Racing Bulls" komandası İtaliyanın Faentsa şəhərində yerləşir və "Red Bull" ailəsinə daxildir. 2026-cı il mövsümündə komandanın heyətində yeni zelandiyalı Liam Louson və britaniyalı Arvid Lindblad çıxış edir.
Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı şəhər halqasında keçiriləcək. Yarış sentabrın 26-sı baş tutacaq.
Oxşar xəbərlər
Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz
"Növbəti oyunumuzu artıq Bakıda, doğma meydanda keçirəcəyik. Qarşılaşacağımız "Slaviya Praqa" kifayət qədər yaxşı və təşkilatlanmış komandadır. Təbii ki, onu "M...