"Formula-1"lə bağlı mühüm dəyişikliklər
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb.
BAKU.WS bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir.
Əsas yeniliklərdən biri yarışların standart məsafəsinin 305 kilometrdən 290 kilometrə endirilməsi olacaq. Trasdan asılı olaraq, Qran-pri yarışları təxminən iki-üç dövrə qısa keçiriləcək. Bu dəyişiklik mühərrik reqlamentindəki yeniliklərlə əlaqədardır.
Bununla yanaşı, komissiya yağış və ya digər gözlənilməz hallar zamanı tətbiq olunan qaydaların dəyişdirilməsini də razılaşdırıb.
Start anından Qran-prinin tam başa çatmasına qədər qüvvədə olan üç saatlıq vaxt məhdudiyyəti ləğv ediləcək. Bunun əvəzinə trasdakı bütün fəaliyyətlərin başa çatdırılması üçün müəyyən vaxt limiti tətbiq olunacaq.
Oxşar xəbərlər
Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Noyabrın 11-dən 12-dək Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qitə çempionatında...