Ağır qəzada ölən şəxs hərbçi imiş

Ağır qəzada ölən şəxs hərbçi imiş
Foto
Hadisə 27

Azərbaycan Ordusunun hərbçisi yol-nəqliyyat hadisəsində həlak olub.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı maşın yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Etibar Abbasov hadisə yerində həyatını itirib.

Ağır qəzada ölən şəxs hərbçi imiş

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər