İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir
İtaliya höküməti addımı ilə təəccübə səbəb olub. "Giuseppe Garibaldi" adlı təyyarə daşıyan gəmini heç bir ödəniş tələb etmədən İndoneziyaya verib.
BAKU.WS xəbər verir ki, sözügedən təyyarə gəmisi təxminən 40 il İtaliya Dəniz Qüvvələrində istifadə edilib.
Su nəqliyyat vasitəsi Süveyş kanalı, Misir və Şri-Lankadan keçərək Güneydoğu Asiyaya çatan gəmi, İndoneziya sularında iki hərbi korvet tərəfindən qarşılanaraq Cakarta limanına müşayiət olunub.
İndoneziya Dəniz Qüvvələrində "KRI Sriwijaya" adı altında fəaliyyət göstərəcək gəmi, ölkə tarixində bir ilkdir.
Bu addımla İndoneziya, Tailanddan sonra Cənub-Şərqi Asiyada təyyarə daşıyan gəmiyə sahib olan ikinci dövlət ünvanını qazanıb.
Gəminin texniki imkanları və istifadə sahələri genişdir. Tapşırıq növündən asılı olaraq 14 və ya daha çox helikopter daşıma gücünə malikdir.
İndoneziya Dəniz Qüvvələrinin Komandanı Məhəmməd Əlinin sözlərinə görə, gəmi texniki baxımdan ideal vəziyyətdədir və daha 15-20 il aktiv xidmət göstərə bilər.
Gəmidə xidmət etmək üçün ilk mərhələdə 310 nəfərlik şəxsi heyətin təlimlərə cəlb olunması planlaşdırılır.
Minlərlə adadan ibarət coğrafiyaya malik İndoneziyada gəmi öncəliklə təbii fəlakətlərlə mübarizə, meşə yanğınlarının söndürülməsi və humanitar yardım əməliyyatlarında istifadə olunacaq.
Lazım gəldikdə hərbi missiyaları da yerinə yetirəcək.
Oxşar xəbərlər
Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb binasının qarşısında silahlı hücum baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 11 şagird yaralanıb....