Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.
"COP31-də iştirak etmək üçün Antalyaya səfər edərək, COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyimizi bir daha təsdiqləyirik", - o bildirib.
Qeyd olunub ki, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları və adaptasiya üzrə dinamikanı qoruyub saxlamaq, COP31 Sədrliyini dəstəkləmək və COP prosesi boyunca davamlılığı gücləndirmək üçün tərəfdaşlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.
Travelling to Antalya to participate in COP31, reaffirming our commitment to safeguarding the legacy of COP29 and advancing the implementation of the decisions adopted in Baku. We look forward to engaging with partners to maintain momentum on climate finance, carbon markets and adaptation, support the COP31 Presidency and strengthen continuity across the COP process. #COP31 #COP29 #ClimateAction
— Mukhtar Babayev (@Mukhtar_Babayev) November 8, 2026
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır
Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. BAKU.WS Elm və Təhsil Nazir...