Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək

Serdar Ortaç vəsiyyətini açıqladı: Boğaz mənzərəli evini işçilərinə verəcək
Şou-biznes 52

Türkiyəli müğənni Serdar Ortaç sağlığında vəsiyyətini hazırladığını açıqlayıb. Sənətçi vəfatından sonra əmlakının əsas hissəsinin uzun illərdir onunla çalışan şəxslərə və mərhum qardaşının övladlarına qalacağını bildirib.

BAKU.WS xəbər verir ki, Ortaç bu barədə otellərdən birində səhnə aldığı zaman danışıb. O, mərhum aktyor Kadir İnanırın sağlığında mirası ilə bağlı qərar verməsini nümunə göstərərək özünün də vəsiyyət hazırladığını deyib.

Müğənni bildirib ki, övladı olmadığı üçün vəfatından sonra əmlakının ilk növbədə yanında çalışan şəxslərə, həmçinin illər əvvəl dünyasını dəyişən qardaşının uşaqlarına qalmasını istəyir.

Ortaçın vəsiyyəti ilə bağlı açıqlamasından sonra İstanbulun İstinye rayonunda yerləşən Boğaz mənzərəli evi də gündəmə gəlib.

Məlumata görə, sənətçi bu evi 2016-cı ildə 15 milyon lirəyə alıb. 750 kvadratmetr ərazidə yerləşən mülk 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir. Evdə balkon, xüsusi kamera sistemi və yaşıllıq sahəsi də var.

Evin dəyərinin satın alındığı dövrlə müqayisədə təxminən beş dəfə artdığı bildirilir. Ortaçın açıqlamasına əsasən, sözügedən ev də onun digər əmlakları ilə birlikdə vəsiyyətində göstərilən şəxslərə qalacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər