16 avtobus marşrutu "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndiriləcək

16 avtobus marşrutu Xocəsən və Avtovağzal stansiyalarına yönləndiriləcək
Sosial 19

Sumqayıt, Xırdalan və Bakının ətraf yaşayış məntəqələrindən hərəkət edən ümumilikdə 16 avtobus marşrutunun "Xocəsən" və "Avtovağzal" metro stansiyaları istiqamətində hərəkəti nəzərdə tutulur.

Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, söhbət Sumqayıt, Ceyranbatan, Masazır, Xırdalan, Müşfiqabad, Hökməli və digər istiqamətlərdən hərəkət edən avtobuslardan gedir.

Bəxtiyar Məmmədov bildirib ki, bu marşrutların "Xocəsən" və "Avtovağzal" stansiyaları ilə əlaqələndirilməsi sərnişinlərin "20 Yanvar" istiqamətinə qədər yerüstü nəqliyyatla hərəkət etmədən daha tez metroya keçməsinə imkan verəcək.

Onun sözlərinə görə, sərnişinlərin tıxacda vaxt itirməsinin qarşısının alınması və yerüstü nəqliyyatla metro arasında sərnişin axınının daha səmərəli bölüşdürülməsi əsas məqsədlərdəndir.

Qeyd edək ki, sentyabrın 23-dən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər