Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi səbəbindən asfalt örtüyü dağılıb və yolun hərəkət hissəsi daralıb.
Bu vəziyyət sürücülərin ərazidən keçidini çətinləşdirir. Hazırda yolun asfalt qatında iri çatlar əmələ gəlib, torpaq sürüşməsi isə davam edir.
Təhlükəsizlik məqsədilə ərazinin bəzi hissələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xəbərdaredici lentlər çəkilib və yol nişanları quraşdırılıb.
Sürücülər Baku Tv-yə bildirilər ki, yolun bəzi hissələrində isə heç bir xəbərdaredici nişan yoxdur. Onlar yalnız təhlükəli əraziyə yaxınlaşarkən lentləri gördüklərini və bunun əlavə risk yaratdığını deyirlər.
Qeyd edək ki, torpaq sürüşmələri əsasən Quba rayonunun Kunxırt və Xırt kəndləri ərazisində müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir
Bakının tarixi mərkəzində avtomobillərin hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqəlik giriş haqqı üç...